İdman
Moskvadan 1 qızıl və 1 bürünc - Növbəti sınaq - "Təxti Kuboku"
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Publika.az xəbər verir ki, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.
42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb. Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.
Güləş federasiyasından verilən digər məlumata görə, fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək.
Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında
turnirə yollanacaq sərbəst güləş yığmamızın heyətində Pərviz
İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq),
Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu
(74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq)
yer alıb.
Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül
Nuriyev ölkəmizi təmsil edəcək.
Turnirin proqramı:
12 fevral
Sərbəst - 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma - 59 kq, 66 kq, 98 kq, 130 kq
13 fevral
Sərbəst - 65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma - 71 kq, 75 kq, 80 kq, 85 kq
-
MDB11:21Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik
-
ABŞ11:11Trampa nə olub? - Ləkələr siyasətçidən əl çəkmir
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında
-
İnanc07:15Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video
-
ABŞ03:19Trampın adı bu binadan silinəcək





















.jpg)









