İdman
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu
Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.
Publika.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub.
Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar.
Bununla da Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionu olublar.
Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edib. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunub.
-
Region20:00Məşhur türk aktyor evində ölü tapıldı - FOTO
-
Cənubi Qafqaz19:24Simonyan dostunun model qızı ilə evləndi - FOTO/VİDEO
-
Region19:1210 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi
-
Avropa19:00Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi - FOTO
-
Magazin218:24Türk məşhurların villaları uçurulacaq
-
Avropa17:30Qırıcı aviaşou zamanı qəzaya uğradı - VİDEO
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO
-
MDB16:29Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!














.webp)



.png)















