İdman
300 milyon xərclənib, oynamaqlarına bax - “Tottenhem”in işləri tilsimə düşüb
“Tottenhem” bu mövsüm Premyer Liqada qələbə qazana bilməyib.
Roberto De Dzerbinin komandası İngiltərə çempionatının üçüncü turunda “Nottinqem Forest” ilə 0-0 heç-heçə etdi. Londonlular əvvəlki turlarda “Brentford” (0-3) və “Nyukasl”a (0-2) məğlub olmuşdular.
Publika.az xəbər verir ki, “Tottenhem” bu yay yeni oyunçulara 300 milyon funt-sterlinqdən çox xərcləyib. Bunlardan Sandro Tonali “Nyukasl”dan 100 milyon funt-sterlinqə, Mateus Fernandes “Vest Hem”dən 85 milyon funt-sterlinqə, Jan-Pol van Hekke “Brayton”dan 52 milyon funt-sterlinqə, Savinyo “Mançester Siti”dən 85 milyon funt-sterlinqə və Tosin Adarabioyo “Çelsi”dən 7 milyon funt-sterlinqə transfer olunub.
Mixail Mudrik və Omar Marmuş “Tottenhem”ə icarəyə verilib. Markos Senesi, Endryu Robertson və Martin Dubravka da komandaya pulsuz transferlərlə qoşulublar.
Xatırladaq ki, “Tottenhem” ötən mövsümün sonunda 41 xal toplayaraq Premyer Liqa turnir cədvəlində 17-ci yeri tutmuşdu.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar






















.jpg)
















