İdman
Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
Neymarın 2027-ci ildə “İnter Mayami”yə keçərək Lionel Messi və Luis Suareslə birlikdə “Barselona”dakı əfsanəvi “MSN” üçlüyünü yenidən formalaşdıracağı ilə bağlı müzakirələr davam edir.
Publika.az xəbər verir ki, Uruqvay millisinin sabiq futbolçusu Qus Poyet isə mümkün transferlə bağlı MLS-dəki qaydaları tənqid edib. O, “İnter Mayami”nin bir neçə dünya ulduzunu eyni heyətdə saxlamaq üçün liqanın digər klublarından fərqli imkanlara malik olduğunu düşünür.
Poyet GOAL-a açıqlamasında bildirib ki, MLS-də komandaların heyət quruluşunu məhdudlaşdıran “Designated Player” qaydaları mövcuddur. Buna baxmayaraq, “İnter Mayami”nin Messi, Suares, Serxio Buskets və Jordi Alba kimi ulduzları bir araya gətirməsi fərqli yanaşma təsiri yaradır.
“Əgər Neymarın ora gedə biləcəyi doğrudursa, deməli, ‘İnter Mayami’ üçün qayda yoxdur. MLS üçün bir qayda, ‘İnter Mayami’ üçün isə başqa qayda var”, – Poyet deyib.
39 yaşlı Suares yanvarda 40 yaşını qeyd edəcək. Buna baxmayaraq, uruqvaylı hücumçu bu il “İnter Mayami”nin heyətində 12 qol vurub. O, klubun tarixində 107 oyunda ümumilikdə 54 qola imza atıb.
Poyet Suaresin karyerasını daha bir il uzadaraq Neymarla yenidən birlikdə oynayıb-oynamayacağını da şərh edib. Onun fikrincə, Messi üçün xoşbəxt olduğu mühitin qorunması hazırda əsas məsələlərdən biridir.
“Məncə, hazırda Messinin xoşbəxt olması çox vacibdir. Milli komandadan da ayrıldıqdan sonra artıq xoşbəxt həyat yaşamaq istəyir. Mayami bunu ona və ailəsinə verir. Ən yaxın dostlarından biri Luis də yanındadır. Bəlkə də Neymarı da istəyirlər ki, bir neçə Braziliya məclisi keçirsinlər. Bilmirəm”, – deyə Poyet bildirib.
Poyet eyni zamanda MLS-in inkişaf potensialının böyük olduğunu vurğulayıb. O hesab edir ki, liqa Messi, Suares, Neymar və digər dünya səviyyəli futbolçuları cəlb etməyə davam edəcəksə, onların səviyyəsinə uyğun məşqçilərin də gətirilməsi vacibdir.
Neymarın “Santos”la müqaviləsi başa çatdıqdan sonra 2027-ci ildə “İnter Mayami”yə keçməsi baş tutarsa, bu transfer futbol tarixinin ən məşhur hücum üçlüklərindən biri olan “MSN”in yenidən bir araya gəlməsinə səbəb ola bilər. Üçlük “Barselona”da birlikdə çıxış etdiyi dövrdə böyük uğurlar qazanmışdı.
-
İdman20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
-
Ekologiya20:12Yağışlı Bakıdan görüntülər - Video
-
Cənubi Qafqaz16:18Qarabağ canisi olan general Ermənistandan imtina etdi
-
Nida Xəbər 14:24Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - Dosye
-
Rəsmi xronika13:57İlham Əliyev sərəncam imzaladı
-
İdman13:24“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı























.jpg)







.png)




