İdman
“Liverpul” titul sponsorunu dəyişdi – Türklərlə anlaşdı
“Liverpul” “Standard Chartered” ilə 17 illik əməkdaşlıqdan sonra forma sponsorluğunda dəyişiklik olduğunu elan edib.
Publika.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 1 iyul 2027-ci il tarixindən etibarən “Turkish Airlines” komandanın yeni forma sponsoru olacaq.
Aviaşirkətin loqotipi “Liverpul”un kişi, qadın və gənclər komandalarının formalarında görünəcək. 2010-cu ildən bəri klubla əməkdaşlıq edən “Standard Chartered” şirkəti də mersisaydlılarla əməkdaşlığını davam etdirəcək.
"Bu, bizim üçün əhəmiyyətli bir mərhələdir və 2027-ci ilin iyun ayından etibarən Türk Hava Yollarını əsas klub tərəfdaşımız kimi qəbul etməkdən məmnunuq. “Liverpul” forması klubumuzun tarixində xüsusi yer tutur. Türk Hava Yolları geniş beynəlxalq şəbəkəyə malik qlobal miqyasda tanınmış bir təşkilatdır və biz tərəfdaşlığımızı başlatmağı və güclü münasibətlər qurmağı səbirsizliklə gözləyirik", - “Liverpul”un baş kommersiya direktoru Ben Latti klubun rəsmi saytında bildirib.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
















.jpg)



.jpg)

















