İdman
Osimhen nə vaxt meydana qayıdacaq?
“Qalatasaray”ın “Başakşehir”ə səfərdə oynadığı matçda zədələnərək oyunu yarımçıq tərk edən Viktor Osimhenin nə vaxt meydanlara qayıdacağı maraq doğururdu. “Sarı-qırmızılar”ın nigeriyalı ulduzunun yaşıl meydanlara dönüş tarixi dəqiqləşib.
Publika.az xəbər verir ki, müalicəsi sürətlə davam etdirilən ulduz hücumçunun “Trabzonspor”la səfər oyununa qədər hazır olmaq ehtimalı var. Lakin məşqçilər korpusu çətin Qara dəniz səfərində futbolçunu qətiyyən riskə atmaq istəmir.
Osimhenin tam hazır vəziyyətə gəlməsi və zədəsinin təkrarlanmaması üçün böyük ehtimalla milli komandaların oyunları ilə əlaqədar fasilənin başa çatması gözləniləcək.
Milli komandanın rəsmiləri ilə də danışıqlar aparan “Qalatasaray” rəhbərliyi futbolçunun milli fasilə zamanı Nigeriyaya göndərilməməsinə qərar verib. Müalicəsi İstanbulda davam etdiriləcək Osimhen meydanlara UEFA Çempionlar Liqasındakı möhtəşəm qarşılaşma ilə qayıdacaq. Ulduz futbolçu milli fasilədən sonra keçiriləcək kritik “Barselona” matçında formasını geyinəcək və azarkeşləri ilə görüşəcək.
Komandanın digər vacib futbolçusu Mario Lemina üçün də oxşar plan hazırlanıb. Uğurlu çıxış edən yarımmüdafiəçinin də Osimhen kimi heç bir halda riskə atılmaması və yalnız 100 faiz hazır vəziyyətə gəldikdən sonra meydana buraxılması planlaşdırılır.
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?




















.png)



.jpg)











