İdman
Ronaldo “Əl-Nəsr”ə “göz dikdi” - 41 yaşlı ulduz unikal plan cızır
Portuqaliyalı hücumçu Kriştian Ronaldo (41 yaş) Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda pay almaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.
Beş investor qrupu klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondundan alınması ilə bağlı təklif hazırlayır. Konsorsiumun hər bir iştirakçısı ən azı 100 milyon dollar sərmayə qoyacaq. Sövdələşmənin taleyi yaxın iki gün ərzində təcili müşavirədə həll oluna bilər.
Potensial investorlar arasında “RedBird Capital Partners” şirkətinin təsisçisi, amerikalı iş adamı Cerri Kardinale də var. O, “Milan”ın sahibidir və Fransanın “Tuluza” klubuna nəzarət edir. Bundan başqa, qrupa səudiyyəli iş adamları İbrahim əl-Mühəydib, Məhəmməd əl-Xürayci və Şərəf əl-Həriti daxil ola bilərlər.
Sövdələşmə təsdiq olunacağı təqdirdə, Ronaldo tarixdə klubdakı çıxışlarını onun sahibkarı rolu ilə birləşdirən ilk ulduz futbolçu olacaq.
Portuqaliyalı futbolçu 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçib və o vaxtdan bəri komandanın heyətində 148 oyun keçirib, 126 qol vurub və 24 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Hüseyn İbadlı
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...


































.jpg)

