İdman
Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu AFİ Çempionlar Liqasının elita mərhələsinin birinci turunun matçında BƏƏ-nin “Əl-Ayn” komandasına darmadağınla məğlubiyyətə uğrayıb.
Publika.az xəbər verir ki, BƏƏ-dəki “Hazza bin Zayed” stadionunda baş tutan görüş 4:0 hesabı ilə başa çatıb.
Qaliblərin heyətində Husin Rəhimi het-trik edib, daha bir qolu isə öz hesabına Georgios Yakumakis yazdırıb.
Klubda 2022-ci ilin dekabrından çıxış edən “Əl-Nəsr”in hücumçusu Kriştian Ronaldo məhsuldar hərəkətlərlə yadda qala bilməyib.
Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”in şərəfini qoruyur. Bu müddət ərzində o, karyerası ərzində vurduğu qolların sayını 979-a çatdırıb. Futbolçu həm də milli komandaların heyətində vurduğu qolların sayına görə dünya rekordunu saxlayır. 41 yaşlı portuqaliyalının 2003-cü ildəki debütündən bəri 233 matçda 146 qolu var.
Hüseyn İbadlı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?




























.jpg)







.jpg)

