İdman
Oveçkin “qara siyahı”ya salındı - Bu ölkəyə girişi qadağan edildi
Latviyanın xarici işlər naziri Bayba Braje məşhur rusiyalı xokkeyçi, “Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkinin Latviya üçün arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.
Publika.az xəbər verir ki, Braje qeyd edib ki, Oveçkinin qeyri-müəyyən müddətə Latviyaya girişi qadağandır.
O, həmçinin əlavə edib ki, qərar İmmiqrasiya Qanununun “Əgər əcnəbi Latviyada arzuolunmaz şəxs (persona non qrata) hesab olunursa, onun müvafiq siyahıya daxil edilməsi qərarı Xarici İşlər Naziri tərəfindən qəbul edilir” bəndinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, Oveçkin bu yaxınlarda “Vahid Rusiya” partiyası üçün seçkiqabağı videoda göründüyünə görə xaricdə fəal tənqidlərə məruz qalıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO












.jpg)







.jpg)











