İdman
Almaniyadan İnfantinoya çağırış: “Əgər” və “amma”sız get!
Almaniya Futbol Assosiasiyasının (DFB) vitse-prezidenti Hans-Yoahim Vatske FİFA prezidenti Canni İnfantinonun istefasını tələb edib.
Publika.az xəbər verir ki, Vatske Almaniya mətbuatına “O getməlidir. “Əgər” və ya “amma”sız” deyib.
O, isveçrəli rəsmiyə qarşı üç əsas tənqid məqamını qeyd edib: ABŞ prezidenti Donald Trampa FİFA Sülh Mükafatının təqdim edilməsi, amerikalı hücumçu Folarin Baloqunun Dünya Kubokunda iştirakına qoyulan qadağanın aradan qaldırılması və Dünya Kubokunun yayım hüquqlarının Trampın çevrəsindən olan özəl investorlara satılması planı.
Vatske son ideyanı “tam dəlilik” adlandırıb və əlavə edib:
“Heç kim bu barədə heç nə bilmirdi. Onun FİFA-dakı vitse-prezidentləri heç nə bilmirdi, FİFA Şurası da heç nə bilmirdi.
Niyə investorlara ehtiyacınız var? Onlara heç ehtiyacınız yoxdur. FİFA əslində bizə – milli futbol assosiasiyalarına məxsus olan böyük bir pul dağının üzərində oturub”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO












.jpg)







.jpg)











