Dünya
Fransa əsgərlərinin Ukraynada gizli fəaliyyəti üzə çıxdı: Bu ilin yayından...
Fransa hərbçilərinin bu ilin yayından etibarən Ukraynada olduğu iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.
Bildirilib ki, fransalı hərbçilər Ukrayna ordusunun şəxsi heyətinin hazırlanması və hərbi texnikaya texniki xidmət göstərilməsi ilə məşğuldurlar. Fəaliyyət Fransa generalının rəhbərlik etdiyi “Volia” missiyası çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, missiya Ukraynaya qısamüddətli tapşırıqlar üçün göndərilən kiçik hərbi qruplardan ibarətdir. Fransa hərbçilərinin döyüş əməliyyatlarında birbaşa iştirakı nəzərdə tutulmayıb.
Fransanın Ukraynaya tədarük etdiyi “Caesar” özüyeriyən artilleriya qurğuları, “Mirage 2000” qırıcıları və yüksək dəqiqlikli raketlərə texniki xidmət də missiyanın əsas fəaliyyət istiqamətlərindəndir.
İddiaya görə, hərbçilərin Ukraynada olduğunu gizlətmək üçün onlara Polşaya getdiklərini demələri tapşırılır.
Müəllif: Roza
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi



































