Rusiya və Ukrayna arasında böyük əsir mübadiləsinə hazırlıq başladı
Bizi izləyin

Dünya

Rusiya və Ukrayna arasında böyük əsir mübadiləsinə hazırlıq başladı

Rusiya və Ukrayna arasında böyük əsir mübadiləsinə hazırlıq başladı

Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə hazırlıq gedir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin insan hüquqları üzrə müvəkkili Yana Lantratova Beynəlxalq Ombudsmanlar Forumunda açıqlama verib.

Ombudsman mübadilənin böyük olmasının planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, hazırda insanların taleyindən asılı olan həssas məsələlər üzərində iş aparılır. Lantratova prosesin digər təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib. Noyabrın 12-də Rusiya prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə görüşüb.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqların əsas nəticəsinin əsirlərin mübadiləsi ilə bağlı razılaşma olduğunu açıqlayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm