Ancaq “Barselona”nı arzulayır: Qiyməti 70 milyondur
Bizi izləyin

İdman

Ancaq “Barselona”nı arzulayır: Qiyməti 70 milyondur

Ancaq “Barselona”nı arzulayır: Qiyməti 70 milyondur

İspaniya millisinin müdafiəçisi Pedro Porro bir neçə variantı olsa da, ancaq “Barselona”ya keçmək istəyir.

Publika.az xəbər verir ki, “Sport.es”in məlumatına görə, 27 yaşlı futbolçu oyun tərzinin “Barsa”nın fəlsəfəsinə daha uyğun olduğunu düşünür.

Mənbənin məlumatına görə, Porro artıq “Tottenhem”dən ayrılmaq qərarına gəlib və növbəti mövsüm klubda qalmaq niyyətində deyil.

“Tottenhem”in ispaniyalı oyunçunu 70 milyon avrodan aşağı qiymətə satmağa hazır olmadığı bildirilir, lakin “Barselona” onun dəyərinin 50 milyon avronu keçməyəcəyinə inanır. Nəticə etibarilə, klub bu məbləğ ətrafında danışıqlar başlayana qədər heç bir aktiv addım atmayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm