Poçettinonun “Yunayted”də ilk planı: Onu “diriltmək” istəyir
Bizi izləyin

İdman

Poçettinonun “Yunayted”də ilk planı: Onu “diriltmək” istəyir

Poçettinonun “Yunayted”də ilk planı: Onu “diriltmək” istəyir

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino hücumçu Markus Reşfordun formasını bərpa edəcəyinə inanır.

İngilis futbolçu “Barselona”da icarə əsasında oynadıqdan sonra doğma klubuna qayıtdı, lakin cari mövsüm onun üçün məyusedici oldu: o, bir qol da vura bilməyib və oktyabrın sonunda bud zədəsi səbəbindən sıradan çıxıb.

Publika.az xəbər verir ki, jurnalist Mett Lounun Poçettinoya yaxın mənbələrə istinadən verdiyi məlumata görə, argentinalı Reşfordun karyerasını yenidən başlamasına və əvvəlki səviyyəsinə qayıtmasına kömək etmək istəyir. Mütəxəssis 29 yaşlı futbolçuya lazımi dəstəyi verməyi planlaşdırır.

Maurisio Poçettino cümə axşamı istefaya göndərilən Maykl Karrikin əvəz edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm