İdman
Gürcü bağışladı: Nurməhəmmədov qardaşları azadlığa buraxıldı
Əbu-Dabi Cinayət Məhkəməsi Usman Nurməhəmmədovun Hilton otelinin foyesində Merab Dvalişviliyə hücum etməsi ilə bağlı iş üzrə hökmə yenidən baxıb.
Bundan əvvəl davaya səbəb olan döyüşçü, daha sonra gələn böyük qardaşı Umar və bir neçə digər rusiyalı altı ay həbs cəzasına və 300.000 dirhəm cərimə cəzasına məhkum edilmişdi.
Publika.az xəbər verir ki, artıq Nurməhəmmədovlar həbsdən azad edilib və hər biri 150.000 dirhəm cərimə ödəməli olub.
Bu qərar məhkəmə tərəfindən tərəflərin barışması və iddialarından imtina etməsi səbəbindən qəbul edilib.
Bundan əlavə, Dvalişvilinin saxlanılanların azad edilməsi üçün Əbu-Dabi hakimiyyətinə etdiyi müraciət nəzərə alınıb.
Xatırladaq ki, noyabrın 11-də Hilton otelinin foyesində Usman Nurməhəmmədov və bir qrup dostu RAF turniri ərəfəsində müsahibə verən Merab Dvalişvili ilə dava ediblər. Hadisə Nurməhəmmədov qardaşları ilə gürcü döyüşçüsü arasında Dağıstan idmançıları haqqında təhqiramiz ifadələr üzündən uzun müddətdir davam edən münaqişədən qaynaqlanıb.
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir

















.png)



















