Qocalığı müəyyən edən pulsuz TEST: Həkimdən sadə üsul
Bizi izləyin

Sağlamlıq

Qocalığı müəyyən edən pulsuz TEST: Həkimdən sadə üsul

Qocalığı müəyyən edən pulsuz TEST: Həkimdən sadə üsul

Gerontoloq Lesli Kenni insanın fiziki sağlamlığını və yaşlanma prosesini qiymətləndirmək üçün ev şəraitində heç bir xərc tələb etməyən sadə test təklif edib.

Publika.az xəbər verir ki, həkim bu barədə “Daily Mail” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, test üçün yerə oturmaq və əllərdən, dizlərdən kömək almadan ayağa qalxmaq lazımdır. Bu hərəkət insanın əzələ gücünü, elastikliyini, tarazlığını və yaşlandıqca müstəqil yaşamaq qabiliyyətini qiymətləndirməyə imkan verir.

Həkim 46-75 yaş arasında 4282 nəfərin iştirak etdiyi araşdırmanın nəticələrinə istinad edib. Test maksimum 10 balla qiymətləndirilir: yerə oturmağa görə 5, ayağa qalxmağa görə isə 5 bal verilir. Əldən və ya dizdən istifadə hər dəfə 1 bal, müvazinətin pozulması isə 0,5 bal itirilməsi ilə nəticələnir.

Kenni bildirib ki, 8 və daha yüksək bal toplayanlar sağlam hesab olunur. Daha aşağı nəticələr isə orta və yaşlı insanlarda ürək-tənəffüs sistemi xəstəlikləri ilə əlaqələndirilir.

Xüsusilə, 0-4 bal toplayanlarda ürək-damar xəstəliklərindən ölüm riski 10 bal toplayanlarla müqayisədə 6 dəfə yüksək olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm