İdman
FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vuruldu
Bu ilin 18-20 noyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun güləş zalında Nazirliyin qurumları arasında xidməti-tətbiqi idman növləri üzrə ilin son yarışı - sərbəst güləş üzrə çempionata yekun vurulub.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 7 komandasından 50-yə yaxın əməkdaş iştirak edib.
"Yarışın bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev sərbəst güləş yarışının keçirilməsindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib"_ məlumatda vurğulanıb.
Əlavə edilib ki, gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:
"57 kq çəkidə
I yer – Rəşid Sadıqov (XRXX)
II yer – Hüseyn İbrahimli (DYMX)
III yer – Rəhim Əliyev (DYMX)
III yer –Məhəmməd Rüstəmov (FHN Akademiya)
61 kq çəkidə
I yer – Həsən Carçıyev (DYMX)
II yer – Ramal Əhədli (DYMX)
III yer – Nicat Qardıyev (FHN Akademiyası)
III yer – Sənan Quluzadə (MMQ)
65 kq çəkidə
I yer – Ümidəli Musayev (DYMX)
II yer – Firdovsi Həsənov (XRXX)
III yer – Vaqif Musayev (MMQ)
III yer – Əli Həsənov (FHN Akademiyası)
70 kq çəkidə
I yer – Cəlal Süleymanov (XRXX)
II yer – Rəşid Rüstəmli (XRXX)
III yer – Coşqun Kəlbiyev (MMQ)
III yer – Hüseyn Əhmədov (DYMX)
74 kq çəkidə
I yer – Həsən Seyidov (DYMX)
II yer – Əhliman Quliyev (MMQ)
III yer – Zaur Kamalov (DYMX)
III yer – Yusif Süleymanov (MMQ)
86 kq çəkidə
I yer – Asif Nuriyev (DYMX)
II yer – Elçin İbrahimov ( FHN Akademiyası)
III yer – Emil Əliyev (XRXX)
III yer – Toğrul Sabirzadə (XRXX)
97 kq çəkidə
I yer – Elman Qasımov (DYMX)
II yer – Özcan Kərimov (FHN Akademiyası)
III yer – Azad Zahidov (XRXX)
III yer – Fariz Məmmədov (XRXX)
125 kq çəkidə
I yer- Seymur Musayev (DYMX)
II yer – Yaşar Zamanov (DYMX)
III yer – Rəşad Səfərov (XRXX)
III yer – Elçin İsmayılov (MMQ)".
Vurğulanıb ki, xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası, 3-ci yerə isə FHN-in Akademiyasının komandası sahib olub:
"Çempionatın əzmkar komandası adına Mülki müdafiə qoşunlarının komandası layiq görülüb. İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə, habelə Tibb Xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub".
-
Ekologiya16:31Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
-
Region16:15Sabah TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik - Paşinyan
-
Nida Xəbər 15:05To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
-
Nida Xəbər 15:01İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Elm və təhsil14:00Məleykə Abbaszadə onu vəzifədən azad etdi
-
Hadisə13:46İİTKM-in hüquqşünası vəfat etdi - Beş dil bilirdi
-
Hadisə13:29Abortdan sonra ölən qadın bu özəl xəstəxanada əməliyyat edilibmiş - FOTO
-
Hadisə13:18Bu aptekdə İrandan qaçaqmal yolu ilə gətirilən narkotik dərmanlar satılırmış - VİDEO

























.jpg)












.png)
