İdman
“Malaqa”da daha bir azərbaycanlı futbolçu
17 yaşadək futbolçulardan ibarət millimizin (U-17) və "Əlincə" klubunun futbolçusu Qara Qarayevin İspaniyanın "Malaqa" klubunun düşərgəsində baxışda olduğunu xəbər vermişdik.
Publika.az Sport7.az-a istinadən xəbər verir ki, fevralın 3-dən 13-dək İspaniyanın Malaqa şəhərində hazırlıq keçmiş futbolçumuz bəyənilib.
Qaranı bəyənən ispaniyalı məşqçilər onun tezliklə klubun sıralarına qatılmasını xəbər göndərib. Belə ki, Qarayev U-17 millimizin bu ay Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsindəki oyunlarında iştirak etdikdən sonra yenidən İspaniya klubunun düşərgəsinə yollanacaq.
Mirbağır İsayevin yetirmələri isə martın 22-də qrupdakı son oyununu Serbiyaya qarşı keçirəcək. Məhz bundan sonra Qara Pireney yarımadasına üz tutacaq.
Yeri gəlmişkən, dünən 17 yaşını tamamlamış Qara "Malaqa"nın U-17 komandası ilə məşq edəcək. Avropa Birliyindən olmadığı və 18 yaşı tamam olmadığı üçün onunla hələ müqavilə bağlanmayacaq. O yalnız gələn ildən "Malaqa"nın uğurları üçün tər tökə biləcək.
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO



















.jpg)

















