İdman
4 uşaq anasını öldürən idmançıya 23 illik həbs
ABŞ məhkəməsi NBA-nın keçmiş üzvü Cavaris Kritetton barədə 23 illik həbs qərarı çıxarıb.
Publika.az xəbər verir ki, buna sabiq basketbolçunun 4 uşaq anası 22 yaşlı Culiyan Consu öldürməsi səbəb olub.Təqsirkar əməlini etiraf edib.
Hadisə 2011-ci ildə Atlantada baş verib. Cinayətkar bandanın üzvlərindən olan Kritetton ondan pul oğurlamış rəqib bandanın üzvlərinə atəş açarkən Culiyanı nişan alıb. Culiyan hadisə yerindəcə keçinib.
27 yaşlı basketbolçu məhkəmə zalında cinayəti boynuna alaraq mərhumun ailəsindən üzr istəyib. Ancaq bu, onun işini yüngülləşdirməyib. Məhkəmənin hakimi basketbolçuya 23 illik həbs cəzası verib.
Qeyd edək ki, Kritetton 2007-ci ildən MBA klublarının şərəfini qoruyurdu. O, MBA-nın "Los Anceles Leykers", "Memfis Qrizzles" və "Vaşinqton Vizards" klublarıyla yanaşı, bir müddət Çin klublarının da şərəfini qoruyub.
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama




































