İdman
O, ağlaya-ağlaya qışqırırdı: “Hanı o siçovul? Siz məni satdınız”
“Real”ın keçmiş qapıçısı İrji Dudek yenicə çapdan çıxan “Real”dakı karyeram” kitabında maraqlı faktlar açıqlayıb.
Publika.az xəbər verir ki, Dudek “El klasiko”dan sonra Joze Mourinyonun paltardəyişmə otağına gələrək siçovul-satqın axtardığını, futbolçularla sərt danışdığını və ağladığını qeyd edib:
“2011-ci ildə “Barselona” ilə heç-heçə oynadığımız qarşılaşmadan sonra Mourinyo paltardəyişmə otağına gəldi. O, əvvəlcə mülayim danışdı, nəticənin pis olmadığını dedi. Vurğuladı ki, Albiolun qırmızı vərəqə almasından sonra azlıqda oynamağımızı nəzərə alsaq, heç-heçə yaxşı nəticə sayılmalıdır. Ancaq sonra vəziyyət dəyişdi. Mourinyo səsini ucaldaraq ittiham etməyə başladı: “Görürəm ki, mətbuatla pis işləmirsiz. Başa düşürəm ki, jurnalistlərlə əməkdaşlıq etməliyik. Ancaq təsəvvür etmirdim ki, siz onlarla bu qədər yaxınsız. Mən məhz onlardan eşidirəm ki, siz oyundan əvvəl görüş keçirmək istəmirsiz. Məhz onlardan eşidirəm ki, biz standart vəziyyətlər üzərində düzgün işləmirik və taktiki məşğələlərimiz o qədər də yaxşı deyil. Oyunun başlamasına 4 saat qalmış televizoru yandırıram və nə görsəm yaxşıdır? Lənət şeytana, ekranda bizim start heyətimiz görünür”.
Bundan sonra Mourinyo qəzəblə qışqırmağa başladı: “Əgər aramızda siçovul varsa, siz rəqibi necə təəccübləndirmək istəyirdiz? Kimsə oyundan əvvəl komanda haqqında bütün məlumatları əldə etmişdi. Onlar bizim taktika barədə hər şeyi bilirdilər. Bütün həftəni məşq etdik, Pepeni meydanın mərkəzinə çəkdik ki, Messini bağlasın. Bizim taktika rəqibin planını pozmalıydı. Bəs, nə üçün bu taktika işləmədi?”
Hamımız susmuşduq. Heç kim cavab vermirdi. Mourinyo isə qışqırmağa davam edirdi: “Mən həmişə sizdən öndə gedirəm, sizi nəzarət altında saxlamağa çalışıram. Sizə görə özümü oda atıram. Amma biz döyüşə yollanarkən, kimsə mənə arxadan zərbə vurdu. Sizlərdən biri oyundan öncə bıçağı mənim kürəyimə sancdı”.
Bu vaxt Mourinyonun gözlərindən yaş axmağa başladı. O, ağlayırdı. Biz onu heç vaxt belə görməmişdik. O, ağlaya-ağlaya qışqırırdı: “Hanı o siçovul? Kimdi o? Bəlkə o sənsən?”
Mourinyo bu sözləri deyərkən Qraneroya baxdı və davam etdi: “O adam hər kimdirsə, komandada çoxdan oynayan şəxsdir”.
Sonra Mourinyo belə dedi: “Siz bir həftə ərzində qurduğumuz planı necə dağıda bilərsiz? Siz məni satdınız. Siz özünüzü də, yaxınlarınızı da, dostlarınızı da satdınız. Dili uzun olan o adamı tapacam. Artıq sizdən bezmişəm”.
Bundan sonra o əlindəki plastik su qabını divara tərəf tulladı və qapını möhkəm çırparaq paltardəyişmə otağını tərk etdi”.
Mourinyo “Real”da 2010-13-cü illərdə işləyib.
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi


























.webp)








