Dünya
ABŞ-la husilər arasında gizli anlaşma - Trampa söz veriblər ki...
ABŞ Prezidenti Donald Tramp ölkənin şimal rayonlarına nəzarət edən Yəmənin “Ənsar Allah” hərəkatı ilə razılaşmanın əldə olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” kanalının jurnalisti Trey Yinxst məlumat yayıb.
Amerika liderinin sözlərinə görə, qruplaşma Birləşmiş Ştatlara qarşı döyüş əməliyyatları aparmamaq öhdəliyi götürüb. Tramp həmçinin qeyd edib ki, Vaşinqton husilərin nümayəndələri ilə fasiləsiz dialoqdadır.
Şənbə günü “Ənsar Allah” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı kritik əhəmiyyətli obyektlərə, həmçinin krallığın qərb hissəsindəki “Saudi Aramco” neft korporasiyasının infrastrukturuna bir sıra zərbələr endirildiyi barədə bəyanat yayıb. Hərəkatın məlumatında vurğulanırdı ki, hücum üçün həm raketlərdən, həm də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Bu hücum əməliyyatları qruplaşma tərəfindən Yəmən ərazisinə endirilmiş aviazərbələrə cavab tədbiri kimi qiymətləndirilir. Hücumlar silsiləsi Trampın husilərlə əldə olunmuş razılaşmalar barədə ictimai bəyanatları fonunda baş verib.
İyulun ortalarında intensiv döyüşlər bərpa oluncayadək “Ənsar Allah” nümayəndələri Ər-Riyada bir sıra tələblər irəli sürürdülər: saxlanılan şəxslərin mübadiləsinin təşkil edilməsi, Yəmənin şimalındakı hava limanlarının blokadasının qaldırılması və 12 illik qarşıdurma ərzində toplanmış zərərin ödənilməsi.
Hazırda nə husilər hərəkatı, nə də Səudiyyə Ərəbistanı hakimiyyəti Donald Trampın bəyanatı ilə bağlı rəsmi şərhlər verməyiblər.
Hüseyn İbadlı
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur













.jpg)

















.jpg)


