Tamaşaçılar telekanala müdaxilə edəcək: Rəqəmsal yayımın üstünlükləri
Bizi izləyin

İKT

Tamaşaçılar telekanala müdaxilə edəcək: Rəqəmsal yayımın üstünlükləri

Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında ötən gündən rəqəmsal yayıma keçilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında ötən gündən rəqəmsal yayıma keçilib.

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb. 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Ölkə əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Bəs rəqəmli yayımın başqa hansı üstünlükləri var?

Milli Televiziya və Radio Şurasının baş məsləhətçisi Fikrət Xudatzadə Publika.az-a bildirib ki, istənilən yeni texnologiya özü ilə yeni imkanlar gətirir: “Televiziya yaranan gündən yaxın vaxtlara qədər anoloq yayımlanırdı. Artıq yeni yayımı tətbiqin vaxtı yetişib. Rəqəmsal yayım təkcə televiziya yayımı yox, informasiyanın müxtəlif formada ötürmək qabiliyyətinə malikdir. Teleteks müxtəlif yardımçı xəbərlər ötür bilir. Həmçinin bu yayım formasında siqnalların təhrif olunması mümkün deyil. Çünki heç bir maneəyə rast gəlinmir, həm səs, həm də görüntü təmiz alınır. HD formatda yayımın həyata keçirilməsi onun keyfiyyətinə təsir edəcək. Hələ ki, bütün televiziyalar bu formatda yayımlanmır. Gələcəkdə bütün televiziyalar bu yayıma keçəcək”.

Onun sözlərinə görə, rəqəmsal yayım həm də tezliklərdən səmərəli istifadəyə xidmət edir: “Rəqəmsal yayımın bəzi tətbiq sahələri olacaq. Məsələn, veriliş yayımlanarkən şəhərin müxtəlif yerlərindəki tıxaclar barədə məlumatlar ötürülə biləcək. Həmçinin tamaşaçıya verilişə canlı müdaxilə imkanı yaradır. Telekanalların hər birinə ümumrespublika yayımı üçün ayrıca ötürücü və tezlik verilirdi. Əvvəl hər telekanal bir neçə ötürücüdən istifadə edirdi. İndi Bakı üzrə bir ötürücüdə 10 kanal yüksək keyfiyyətlə yayımlanır. Bu da həm texnika, həm də elektrik enerjisinin istifadəsinə qənaətdir. Tezlikdən səmərəli istifadəyə kömək edəcək”.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov Publika.az-a bildirib ki, rəqəmsal yayıma keçəndən sonra proqramların sayı artır və respublikanın bütün bölgələri eyni şəbəkə üzərindən idarə edilir: “Rəqəmsal yayıma keçəndən sonra yayımın keyfiyyəti artacaq. Yayıma olan müdaxilələr artıq baş verməyəcək. Ən əsası eyni bir televiziya kanalında 8-10 kanal yayımlamaq olar. Əvvəl hər telekanalın öz vericisi var idisə, indi hamısı eyni verici üzərindən yayımlanır. Bunun davamı olaraq da bütün telekanallar HD yayıma keçəcək. İstəsək də, istəməsək də rəqəmsal yayıma keçməliyik. Ötən ildən bu yayıma keçməliydik. Əhalinin vəziyyəti nəzərə alınaraq bu vaxta qədər saxlanılıb. Avropa ölkələrin hamısı rəqəmsal yayıma keçib. Gürcüstanda bu ilin iyun ayında anoloq yayım dayanıb. Bu ölkədə cəmi 42 verici var, bizim şəbəkədə bundan 3 dəfə çoxdur. Texnoloji park, televizorlar dəyişir, demək yayım da dəyişməlidir”.

M.Abbasov rəqəmsal yayımın gələcək inkişafına toxunub: “Rəqəmsal yayım kanalların sayını artırmağa imkan verəcək. Televiziya verilişlə yanaşı, əlavə informasiyalar da verəcək, interaktivlik təmin ediləcək. Rəqəmsal yayımı izləyənlər özləri üstünlüyü görəcəklər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm