İKT
Dünyanın ən böyük displeyi təqdim edildi
“Society for Information Display” tədbirində dünyanın ən böyük displey paneli təqdim edilib.
Publika.az xəbər verir ki, üzvi işıq diodları əsasında hazırlanan dünyanın ən böyük paneli “LG Display” şirkəti tərəfindən layihələşdirilib.
Displey sənayesinin inkişafı istiqamətində hazırlanan ekran 77
düym diaqonal paneli “OLED” matrisası şəffaf və elastik olması ilə
diqqət çəkib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, ekranı 80
millimetrlik radiuslu borucuq şəklinə salaraq bükmək də
mümkündür.
Təsvir ölçüsü 3840 х 2160 piksel, ekran şəffaflığı 40 faizə bərabər
olan displey “Ultra HD/4K” standartlarına uyğun şəkildə hazırlanıb.
Panelin içindən displeyin arxasında yerləşən obyektləri görmək
olur.
Nümayiş etdirilən displey yalnız bir nüsxədən ibarətdir. Şirkət
seriyalı istehsala hazırlaşdığını desə də, displeylərin satışa
çıxarılma müddəti ilə əlaqədar heç bir məlumat verilməyib.
Xatırladaq ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər nazikliyi, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Könül Cəfərli
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)