İKT
Ayfonlar 2 dəfə bahalaşa bilər - Tramp FAKTORU
"Apple" şirkəti istehsal etdiyi mobil telefon və digər elektron cihazların qiymətini qaldıra bilər.
Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, bahalaşmaya səbəb ABŞ və Çin arasındakı "ticarət müharibəsi"dir. ABŞ prezidenti Donald Tramp Çin malları üçün 10 faiz məbləğində əlavə rüsum tətbiq etməsinə Çin adekvat cavab verib.
"Apple" qurğuları Çində yığıldığı üçün şirkətin texnikası Çinin
ixrac məhsulu hesab edilir və ABŞ prezidentinin sanksiyaları
istehsalçının texnikasının qiymətinə ciddi zərbə vura bilər. Əlavə
olaraq o da qeyd edilib ki, ilkin olaraq "Apple Watch", "HomePod"
və "AirPods" qurğularının qiymətində artım müşahidə ediləcək. Daha
sonra bu artım özünü mobil cihazlarda da göstərəcək. "iPhone" və
"Mac" qurğularının ilkin vaxtlarda qiymətlərinin bahalaşmayacağı
bildirilib.
Lakin bu, iki ölkə arasında "ticarət müharibəsi"nin hələ bir
tərəfidir. Digər və daha önəmli tərəfi isə odur ki, Çin bazarı
"Apple" üçün böyük əhəmiyyət (şirkətin burada bazar payı 9 faiz
təşkil edir) kəsb etdiyi üçün Pekin ABŞ-ın sanksiyalarına cavab
olaraq "Apple" şirkətinə aid xüsusi sanksiyalar tətbiq edə
bilər.
Könül
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
