İKT
Bu telefonların satışı QADAĞAN EDİLDİ
"Əpl" şirkətinin Ayfon 7 və Ayfon 8 modelləri Almaniyada qadağan edilib.
Publika.az xəbər verir ki, "Əpl" ilə "Qualcomm" şirkəti arasında davam edən məhkəmə çəkişməsi sonunda qəbul edilən qərardan sonra bu açıqlama verilib.
"Qualcomm" iddia edib ki, "Əpl" şirkəti enerjiyə qənaət məqsədilə ona məxsus olan imkanları onlardan icazə almadan telefonlarında istifadə edib. Şirkət bu iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə "Qualcomm"un haqlı olduğu qənaətinə gəlib və nəticədə Ayfon 7 və Ayfon 8 modellərinin satışı dayandırılıb.
Məhkəmə "Qualcomm"a həmin xidmətin istifadə edildiyi telefonların satışından əldə edilən gəliri də "Əpl"dən tələb etmək haqqını verib.
Beləliklə, yeni ildə gəlirləri xeyli azalan "Əpl"ə bir zərbə də Almaniyadan gəldi. "Qualcomm"un satışdan əldə edilən gəliri tələb edib-etməyəcəyəi bəlli deyil.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
