İKT
“Huawei”ə BÖYÜK ZƏRBƏ
ABŞ hökumətinin “Huawei” şirkətini “qara siyahı”ya salmaq qərarından sonra şirkətin yaxın iki ildəki gəliri 30 milyard dollar azalacaq.
“Report” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu şirkətin banisi və rəhbəri Ren Jenqfei canlı yayımda bildirib.
“Çox güman ki, yaxın iki il ərzində istehsalı azaldacağıq, gəlirimiz də daha əvvəlki proqnozlara nisbətən 30 milyard dollar az olacaq”, – deyə şirkətin rəhbəri qeyd edib.
1987-ci ildə yaradılan “Huawei” şirkəti telerabitə avadanlığı, smartfonlar və cihazlar istehsal edir. Ötən ilin avqust ayında ABŞ prezidenti Donald Tramp məxfi məlumatlar toplamaqda ittihamlar irəli sürüldüyü “Huawei” şirkətinin məhsullarının hökumət idarələrində istifadəsinə qadağa qoyan fərman imzalamışdı. Şirkət bunu qanuni hüquqlarına qəsd olaraq qiymətləndirərək nəticədə ABŞ-ın 5G texnologiyasının tətbiqində geri qalacağını açıqlamışdı.
Bu il may ayının 15-də prezident Tramp ölkəsinin informasiya məkanını xarici təhdidlərdən qorumaq məqsədilə fövqəladə rejimin tətbiqi haqqında fərman imzalayıb. Mayın 17-də isə hökumət “Huawei” şirkətini milli təhlükəsizliyə təhlükə yaratdığına görə “qara siyahı”ya salıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)



























.jpg)


