İKT
Telefonumuzun kamerasından izlənirikmi? - Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı
Günümüzdə noutbukların kameralarını yapışqanla bağlamaq istifadəçilər arasında məşhur kibertəhlükəsizlik metoduna çevrilib.
Publika.az xəbər verir ki, son zamanlarda ortaya çıxan təhlükəsizlik boşluqları ağıllı smartfonların kameralarının noutbuklardan daha böyük təhdid ola biləcəyini göstərir. Dünyanın ən böyük internet platformalarından olan “Google” şirkəti “Android” əməliyyat sisteminə sahib ağıllı smartfonlarda iyul ayında təhlükəsizlik boşluğu tapıb.
Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada bu boşluğun hakerlər tərəfindən istifadə edildiyini və smartfon sahiblərinin gizli şəkildə dinlənildiyini bildirib. Şirkət təhlükəsizlik boşluğunun “Pixel” və “Samsung” cihazları da daxil olmaqla, yüz milyonlarla istifadəçiyə zərər vurduğunu qeyd edib.
“Google”un açıqlamasınıdan sonra “Facebook” da belə bir problem yaşadığını açıqlayıb. Hər iki şirkət səhvləri aşkar etdikdən sonra boşluğu aradan qaldırıb və proqramlar yenilənib. Şirkət “Facebook Portal” və “Nest Home Max” kimi cihazlarını istifadəçilərin gizliliyini qorumaq üçün əlavə hissə ilə təchiz edib. “Portal” üçün kamerabağlayan xarici bir aparat təqdim edilərkən, “Nest Home Max”a həm kamera, həm də mikrofonu fiziki olaraq qeyri-aktiv edən təchizat əlavə olunub.
"Android"dəki boşluğu təsbit edən “Checkmarx” şirkətinin Təhlükəsizlik Araşdırma Mərkəzinin direktoru Erez Yalon məsələ ilə bağlı açıqlamasında bu fikirləri deyib: "Əslində ağıllı smartfonların kameralarını örtmək üçün noutbuklardan daha çox səbəb var. Yeni noutbuklarda təchizat təhlükəsizliyi mexanizmi olaraq kameranın açıq olduğunu göstərən kiçik LED-lər var, amma ağıllı smartfonlarda, bu yoxdur." Şirkət “Google” və “Samsung”un milyonlarla ağıllı smartfon istifadəçisi olduğunu ifadə edərək cihazların hakerlər üçün olduqca böyük bir hücum kütləsi olduğunu vurğulayıb.

Qeyd edək ki, artıq ağıllı smartfon və ya kompüter kameralarını bağlamaq üçün sürüşən qapaqlar və təkrar istifadə etiketləri kimi bir çox aksessuar satılır.
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
