İKT
MTRŞ-ın sədri 102 FM-lə bağlı müsabiqənin ləğvindən danışdı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin ləğv olunmasına münasibət bildirib.
N.Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqənin ləğv olunmasının səbəbi sənədlərini təqdim edən 5 hüquqi şəxsdən üçünün iddiasını geri götürməsi ilə əlaqədardır:
"Bilirsiniz ki, 3 iddiaçı iddialarını geri götürdü və 2 iddiaçı qaldı. Belə olduğu təqdirdə qanun müsabiqənin keçirilməsinə icazə vermir. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib. Əgər gələcəkdə ehtiyac olarsa, Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə yenidən elan ediləcək".
Qeyd edək ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri ləğv edilib. Müsabiqə üçün sənədlərini Şuraya 5 iddiaçı - Real Təhlil İnformasiya Mərkəzi MMC; TV-Media Azerbaijan MMC; Balans Studiyası MMC; İNS ÇM MMC; OMD Azerbaijan MMC təqdim etmişdi. Sonradan üç iddiaçı - TV-Media Azerbaijan MMC, OMD Azerbaijan MMC və Real Təhlil İnformasiya Mərkəzi MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. (report)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

