İKT
Koronavirusdan 4 milyard dollar qazandı - FOTO
Dünyanı cənginə alan və on minlərlə insanın ölümünə səbəb olan koronavirusa görə minlərlə müəssisə kritik vəziyyətə düşüb. Qlobal iqtisadiyyata zərbə vuran pandemiya səbəbilə bir çox sektor və şirkət zərər görməyə başlayıb, bir sıra yerlərdə ixtisarlar aparılıb.
Lakin texnologiya dünyasındakı bəzi firmalar pandemiyadan sonra sərvətinə sərvət və adına şöhrət qatıb.
Publika.az xəbər verir ki, insanların evdən işləməyə başlaması və uzaqda yaşayan doğmaları ilə danışmaq ehtiyacı onlayn görüşləri mümkün edən tətbiqlərə rəğbəti artırıb.
“The Guardian”ın xəbərinə görə, bu populyar tətbiqlərdən biri olan “Zoom” bir neçə həftə ərzində 20 milyon insan tərəfindən yüklənib və “TikTok”dan sonra ən çox yüklənən ikinci platforma olub.

Eyni anda bir çox insanla videokonfransda iştirak imkanını təmin edən “Zoom”un bazar dəyəri 42 milyarda yüksəlib. Tətbiqin qurucusu Erik Yuandır. Onun sərvəti son ayda 4 milyard dollar artıb.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
