İKT
Smartfonların işini bu üsulla yaxşılaşdırın - QAYDALAR
Mütəxəssis smartfonların işinin yaxşılaşdırılması barədə məsləhətlər verib.
Publika.az-ın Rusiya mətbuatına istinadla xəbərinə görə, АО "Кsell" biznes bazarının inkişafı direktoru Pyotr Dzyuba PRAYM agentliyinə açıqlamasında bildirib ki, smartfonun işinin pisləşməsinin əsas səbəblərindən biri çox sayda fayl səbəbindən cihazda yaddaşın dolmasıdır.
O qeyd edib ki, telefon vaxtaşırı təmizlənməlidir:
"İstifadə etmədiyiniz tətbiqləri, həmçinin sənədlərin surətini, lazımsız, köhnə sənədləri, uğursuz foto və videoları silin. Telefonun yaddaşını təmizləmək üçün xüsusi proqramlar var. Bundan əlavə, əgər smartfon köhnədirsə, parametrlərdə animasiya effektlərini söndürə bilərsiniz ki, bu da onun işini sürətləndirməyə kömək edəcək. Çox yer tutmayacaq sadə vizual örtük yükləyə bilərsiniz.
Smartfonun məcburi sıfırlama funksiyasının olduğunu unutmayın, bu da tez-tez kiçik nasazlıqları aradan qaldırmağa kömək edir. Bəzi hallarda parametrləri zavod parametrlərinə qaytara bilərsiniz, ancaq bütün məlumatların ehtiyat nüsxəsini çıxarmağı unutmayın".
Aytən Novruz
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır





































