İKT
"Azercell"dən "Virtual Məktəb" layihəsinə növbəti TÖHFƏ
Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan etdi!
Artıq "Azercell"abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.
Azercell “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, Azercell abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri Azercell-in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.
Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən Azercell, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.
Qeyd edək ki, “Təhsil” internet paketindən Azercell-in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/
səhifəsinə keçid etməyiniz xahiş olunur.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi


































