İKT
"Instagram" da "canlı otaqlar" yaradır
"Instagram" sosial şəbəkəsi "Live Rooms" funksiyasını istifadəyə verəcək.
Publika.az xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.
Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.
"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə instaqramda birbaşa yayım aparmağa imkan verəcək "Live Rooms" funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.
Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər "Live Rooms"un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.
"Live Rooms" funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı






.jpg)




















_(1).jpg)









