İKT
Gürcüstanın daha üç televiziya kanalı "Azərkosmos"la anlaşdı
"Azərkosmos" Gürcüstanın “Media Holding” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə peyk operatorunun yaydığı məlumatda bildirillib.
Əməkdaşlıq müqaviləsinə görə “Media Holding” şirkətinə daxil olan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” televiziya kanalları artıq “Azerspace-1” peyki üzərindən kommersiya yayımına başlayıb.
Geniş izləyici auditoriyasına malik olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik və mədəniyyət proqramları nümayiş olunur.
Qeyd edək ki, “Media Holding” şirkəti ilə əməkdaşlıq sayəsində artıq gürcü izləyicilərin 99%-i “Azerspace-1” peyki vasitəsilə yayımlanan televiziya kanallarına baxa biləcək.
“Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən təqdim olunan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarının yayım tezliyi belədir: 11095/H/30000
“Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarımızın “Azerspace-1” peykində keyfiyyətli formatda yayımlanmasından olduqca məmnunuq. “Azərkosmos”la bu əməkdaşlığımız sayəsində artıq kanallarımızı izləmək Gürcüstanın hər bölgəsində, xüsusilə digər ölkələrdə yaşayan gürcü vətəndaşlarımız üçün əlçatan olacaq”, – deyə “Media Holding” şirkətinin icraçı direktoru Zaza Gvelesiani bildirib.
“Azərkosmos” Gürcüstanın yayım bazarında altı ildir ki etibarlı xidmət göstəricilərinə görə öz lider mövqeyini qoruyub saxlamaqdadır. Əminik ki, “Media Holding” şirkəti ilə bundan sonra da gürcü kanallarının və tədbirlərin canlı yayımı üzrə əməkdaşlığımızı genişləndirəcəyik”, – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
