İKT
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurdu
“Azərkosmos” ASC 2020-cu ili 5,005 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 3,618 milyon manat mənfəətlə çıxmışdı.
Publika.az xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 54,339 milyon manat (əvvəlki ilə nisbətən 4,5% çox), xidmətlərinin maya dəyəri 45,292 milyon manat (19,3% çox), ümumi və inzibati xərcləri 9,745 milyon manat (8,7% az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəliri 28 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 10,268 milyon manat (16,1% az), maliyyə xərcləri 20,579 milyon manat (14,2% az), sair gəlirləri isə 21,285 milyon manat (32,65 dəfə çox) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 592,482 milyon manat olub ki, bu da illik müqayisədə 5,75% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9% azalaraq 604,68 milyon manata, balans kapitalının çatışmazlığı isə 65,3% azalaraq 12,198 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 2,7 dəfə artaraq 169,306 milyon manat olub.
Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)