İKT
Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı
Gələcək zamanla bağlı fikirlərimiz, düşüncələrimiz, xəyallarımız əslində bu günümüzə təsir edir, bizi hansısa yeniliklərlə bağlı məlumatlı olmağa təşviq edir. Gələcəyimizi formalaşdıracaq Dördüncü Sənaye İnqilabı adlanan dövr artıq qapımızın astanasındadır. Qarşıda bəşəriyyəti Süni Zəka, robotlar, nanotexnologiya və digər möhtəşəm inovasiyalar gözləyir. Təsadüfi deyil ki, bu ilin yanvar ayında Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb.
Tarixin kəşməkəşli yollarından keçən Azərbaycan da bu inqilabi dövrdən yan keçməməlidir. Vətən müharibəsində qazandığımız qələbə artıq bizi keçmişə bağlı qalmağa deyil, gələcəklə bağlı düşünməyə vadar edir.
Bunları nəzərə alaraq, Azərbaycanda Dördüncü Sənaye İnqilabının həyatımıza gətirəcəyi yeniliklər, eləcə də müdafiə sənayesinin müxtəlif sahələri barədə araşdırmalar aparacaq yeni mərkəzin yaradıldığını elan edirik.
Strategyvision.org Azərbaycan fəaliyyət göstərən Süni Zəka, insansız sistemlər, qlobal müdafiə sənayesi bazarı, yeni nəsil müharibələri və digər mövzularda araşdırmalar aparan müstəqil araşdırma mərkəzidir. Mərkəz oxuculara dünyada yeni hərbi texnologiyalarla bağlı ən son məlumatları çatdırır, onları təhlil edir və perspektivdə onların Azərbaycana tətbiqi ilə maraqlanır. Mərkəz qeyd olunan mövzularda araşdırmalar aparan mütəxəssislər və dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq etməyə hazırdır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
