İKT
Rusiyalı media eksperti Teleradio Akademiyasında
PR texnologiyaları üzrə mütəxəssis, tanınmış rusiyalı jurnalist Natalya Artemyeva “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasında olub.
Publika.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Teleradio Akademiyasının rektoru Telli Pənahqızı görüşün məqsədi ilə bağlı iştirakçılara məlumat verdikdən sonra qonağı təqdimata dəvət edib.
N.Artemyeva KİV-lə qarşılıqlı əlaqələr, informasiyanın əlçatanlığı, məlumatın toplanması, xəbər və analitik proqramlardakı iş təcrübəsi, müəllif proqramının yaradılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, hədəf auditoriyasının seçilməsi mövzusunda danışıb. Rusiyanın Yekaterinburq şəhərindən dəvət olunan ekspert xanım, həmçinin, mətnin ideyası, strukturu, materialın janrı və jurnalistin xəbərin istehsalı prosesindəki rolu barədə şəxsi mülahizələrini dinləyəcilərə çatdırıb.
Azərbaycan Televiziyası və 105 FM radiosunun, Bakı Dövlət Universitetinin bir qrup müəllim və tələbələrinin, o cümlədən, Teleradio Akademiyasının əməkdaşlarının iştirak etdiyi tədbirdə interaktiv şəkildə diskussiya aparılıb, jurnalistləri, aparıcıları, müxbir və redaktorları maraqlandıran suallar cavablandırılıb.
Rusiyalı media eksperti N.Artemyeva iki ölkənin televiziya və radio qurumları arasında bu cür əməkldaşlığın fikir və təcrübə mübadiləsi baxımından çox böyük əhəmiyyət daşıdığını və gələcəkdə daha sıx şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

























.jpg)


