İKT
“Report”un fəaliyyətə başlamasından 7 il ötür
Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür.
Publika.az xəbər verir ki, ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə yaradılan "Report" İnformasiya Agentliyi Azərbaycan, rus və ingilis dillərində xəbərlər yayır. Agentlik ötən yeddi il ərzində müxtəlif sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandırıb. “Report” gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə çatdırılmasını həyata keçirir.
Agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv xəbərlər yaymaq, Azərbaycanda keçirilən irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaq olub.
Media qurumunun fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə saytda dərc edilən xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.
Hazırda “Report”un respublikamızın regionlarında, həmçinin Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada xüsusi büroları fəaliyyət göstərir.
Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Media Məktəbi də fəaliyyət göstərir.
“Report.az”, həmçinin yerli və beynəlxalq tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)