İKT
"Instagram" önəmli funksiyasını geri qaytaracaq
"Instagram" sosial şəbəkəsi 2022-ci ilin birinci rübündə xronoloji lent versiyasına qayıtmağı planlaşdırır.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə şirkətin rəhbəri Adam Mosseri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.
"Instagram" 2016-cı ildə xronoloji lent əvəzinə alqoritmik lentə keçib. Ancaq istifadəçilərin bu yeniləməyə reaksiyası hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ Senatı qarşısında çıxışı zamanı istifadəçilər sosial şəbəkə rəhbərinə "alqoritmlərlə manipulyasiya etmədən" "İnstagram"dan istifadə edə bilmələri barədə sual veriblər.
"Hazırda biz gələn il istifadəyə verməyə ümid etdiyimiz xronoloji lentin versiyası üzərində işləyirik... Mən indi konkret bir ayı söyləmək istərdim, ancaq biz hələlik gələn ilin birinci rübünə köklənmişik", - deyə Mosseri bildirib.
O, həmçinin qeyd edib ki, sosial şəbəkə artıq bir neçə ildir ki, istifadəçilərə tətbiqdən istifadə üzərində daha çox nəzarətin verilməsinin müxtəlif yollarını sınaqdan keçirir.
Mosseri digər ideyalar arasında "seçilmiş" funksiyasını vurğulayıb. Onun köməyi ilə istifadəçilər xəbər lentində ilk görünəcək akkauntunu seçə bilərdilər.
"Instagram" foto və videoları sosial şəbəkənin elementləri ilə paylaşmaq üçün pulsuz proqramdır ki, bu da foto və video çəkməyə, onlara filtrlər tətbiq etməyə, həmçinin öz xidmətinizi sosial şəbəkələr vasitəsilə yaymağa imkan verir. "Meta" şirkətinə məxsusdur.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

























.jpg)


