İKT
"Jurnalist vəsiqəsi" üçün test sınağı tələb olunur? - AÇIQLAMA
"Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər".
Publika.az xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurasının (MTRŞ) səslənən iddialarla bağlı yaydığı açıqlamada bildirilir.
"Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı "vahid jurnalist vəsiqəsi" deyil, sadəcə "jurnalist vəsiqəsi"dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.
Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır", - məlumatda deyilir.
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirilir ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yəni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilib:
"Sadə prosedur tələblərlə müşayiət olunan jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmayıb.
Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir".
-
Nida Xəbər 14:06
Ərdoğanın baş müşavirindən Bakıda şok sözlər: "Şam, Hələb vilayətimiz olub..."
-
Qırmızı.az12:10
Millət vəkilindən Messinin səfərinə reaksiya: Futbolu diletantların cəngindən xilas edib...
-
Dünya12:03
ABŞ-ın 67 illik ərazisini bu türk aldı
-
Sosial11:41
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - Foto
-
MDB11:14
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək - NATO-ya buraxılmayacaq
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...
-
Nəqliyyat08:34
Bakıda səhər tıxacı