İKT
REKETLİKLƏ məşğul olan jurnalistlə CİNAYƏTKAR kimi rəftar edilməlidir - Elçin Şıxlı
“Sosial media bir cəmiyyətdir. Jurnalistlər sadəcə oradan platforma kimi istifadə edirlər və yazılar yazırlar. Həmin media nümayəndələri paylaşdıqları yazılarına görə məsuliyyət daşımalıdır. Amma başqa peşənin sahibləri nəsə yazırsa, bunun jurnalistikaya heç bir aidiyyəti yoxdur. Bununla bağlı dövlət strukturları iş aparmalı, ölçü götürməlidir”.
Bunu Publika.az-a Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı son günlər bəzi sosial media istifadəçiləri və xəbər portalları tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyaların tirajlanmasına münasibət bildirərkən deyib.
E.Şıxlı sosial mediada maarifləndirmə işinə ehtiyac olduğunu qeyd edib:
“İnsanlar artıq sosial şəbəkələrə öyrəşiblər və kimin ağlı nə kəsir, onu da yaza bilir. Savadlı, səviyyəli insan səviyyəli şeylər yazır. Amma savadı kəm olanlar tamam başqa bir səviyyədə nəsə yazır. Bunun qarşısını almağın nə qədər mümkün olması isə qeyri-müəyyəndir”.

Ekspert reket mediaya qarşı mübarizənin zəruriliyindən danışıb.
“Jurnalistika və reket ifadələri bir-birinə tamamilə zidd anlayışlardır. Əgər media nümayəndəsi reketliklə məşğul olursa, o şəxs artıq jurnalist deyil, cinayətkardır. Həmin reket şəxslə də cinayətkar və cani kimi rəftar etmək lazımdır”, - o qeyd edib.
Elçin Şıxlı dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyaların tirajlanmasının doğru olmadığını bildirib.
“Ordu və dövlətin hərbi fəaliyyəti ilə bağlı yazılarda ancaq həqiqət olmalıdır. Hazırda hərbi vəziyyət tətbiq olunmayıb, müharibə də yoxdur. Orduda olan çatışmazlıqlarla bağlı həqiqətə söykənən informasiyalar yazmaq olar. Tənqid etmək olar ki, ordumuz daha da güclənsin, silahlı qüvvələrimizdə zəif cəhətlər olmasın. Mümkün çatışmazlıqları ictimaiyyətin diqqətinə çatdırmalıyıq ki, həmin hallar aradan qaldırılsın. Bu nöqteyi-nəzərdən və hərbi vəziyyət elan olunmayan məqamlarda tənqidi yazılar olmalıdır və bu, mütləqdir. Ancaq müharibə şəraitində belə yazıları yaymaq mümkün deyil. Ümumiyyətlə, jurnalistin bütün yazıları həqiqətə söykənməlidir və həqiqətə uyğun olmayan informasiyaların tirajlanması yolverilməzdir”, - media eksperti vurğulayıb.
Akqabay Mıradov
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi









.png)






























