İKT
Kiberhücumların sayında yüksək intensivlik var - Xidmət rəisi
Kibermüdafiənin təmin edilməsi üçün savadlı kadr lazımdır. Kibersərhədlərimizin qorunması bu sahə üzrə mütəxəssislərin bilik və bacarığından asılıdır.
Publika.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov Beynəlxalq Kibertəhlükəsizlik Gününə həsr olunan konfransında deyib.
Onun sözlərinə görə, orduda müasir silahlardan istifadə olunduğu kimi kibermüdafiənin təmin olunması üçün müasir həllərdən istifadə edilməlidir:
"Bu cür həllərin tətbiqində milli həllərin yaradılması təqdirəlayiqdir. Son illər informasiya təhlükəsizliyi ən aktual mövzulardan olub, kiberhücumların sayında yüksək intensivlik müşahidə olunur. Bu hücumların intensivliyi xüsusilə informasiya sistemlərinə qarşı təşkilatlanmış şəkildə müşahidə olunur.
Xidmətimizin əməkdaşlarının fasiləsiz fəaliyyəti nəticəsində dövlət qurumlarının, informasiya resurslarından istifadə edən vətəndaşların kibertəhlükəsizliyi təmin olunub. Təəssüflə qeyd etməliyik ki, individual kompüter istifadəçilərinin, xüsusilə həssas dönəmlərdə hədəf alınması, onların haker tərəfindən maraq yaradan mövzularla bağlı saxta keçidlərə yönəlməsi, hesablarının ələ keçirilməsi və şantaj olunması elə də çətin olmur".
Qurum rəsmisi qeyd edib ki, nəticələrin analizi bir çox hallarda kibertəhlükəsizlik üzrə insanların məlumatsızlığı və kibergigeyanın aşağı olması ilə izah olunur.
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO











.jpg)







.jpg)












.jpg)



