İKT
“Hiss olunur ki, DTX prosesi tam nəzarətə götürüb” - Osman Gündüz
"MİDA-nın onlayn satış prosesinə ictimai nəzarəti gerçəkləşdirən müşahidəçi olaraq qeyd edə bilərəm ki, bü gün baş tutan satış tam fərqliydi".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu gün keçirilən MİDA-nın təxirə salınmış mənzil seçimi ilə bağlı prosesə münasibət bildirərkən qeyd edib.
“Müşahidələrimiz onu göstərdi ki, müsbət istiqamətdə bir xeyli irəliləyişlər olub. MİDA tarixində ilk dəfə olaraq ilk mənzil seçimi 31-ci saniyədə baş tutub. Əvvəlki texnologiyalarla bu rəqəm adətən 6-7 saniyə olurdu. Bu dəfə botlar və robotlar işləməyib. Çünki DEMO ilə real versiya kəskin fərqliydi. MİDA öncədən DEMO-dan kəskin fərqli məqamların ola biləcəyini açıqlasaydı daha doğru olardı. Biz yenə o fikirdəyik ki, bu seçim metodunun özündə bir ədalətsizlik var.
Yeri gəlmişkən, bu dəfə təhlükəsizlik daha üst səviyyədə təmin edilmişdi. DTX, XRİTDX, ASAN, eGov Mərkəzi, RİNN , “AzİnTelecom”, magistral provayderlər və mobil operatorların nümayəndələri əvvəlkindən fərqli olaraq ayrıca otaqda real vaxt rejimində prosesləri izləyirdilər. Hiss olunur ki, DTX bu prosesi tam nəzarətə götürüb. Müşahidəmə əsasən qeyd edə bilərəm ki, DTX əməkdaşların sayı az qala MİDA-dan çox görsənirdi. Beləliklə, ilkin olaraq bu onlayn satışın müsbət istiqamətdə əvvəlkilərdən fərqli olduğunu qeyd etmək istərdim", - deyə O.Gündüz əlavə edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)


























.jpg)


