İKT
Yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri AÇIQLANDI
Media Reyestri işə düşdükdən sonra yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib.
Onun sözlərinə görə, “Media haqqında” qanunun 62.2-ci və 62.3-cü maddələrinə əsasən çap mediası və onlayn media subyekti fəaliyyətə başlamazdan 7 gün əvvəl Media Reyestrinin aparılması qaydalarına uyğun olaraq Agentliyə müraciət etməlidirlər: "Daha sonra onların müraciətlərinə qeyd edilən qanunvericiliklə nəzərdə tutulan qaydada və müddətdə baxılaraq müvafiq məlumat veriləcək. Qanunun 78.3-cü maddəsinə görə isə qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Agentliyə müraciət etməlidir. Beləliklə, hazırda fəaliyyət göstərən media subyektlərinin reyestrə müraciət etmək üçün 6 ay vaxtları olacaqdır".
C.Həsənli televiziya və radiolarla bağlı isə bunları söyləyib: "Bildiyiniz kimi, audiovizual media subyektləri fəaliyyətə başlamaq üçün Audiovizual Şuradan lisenziya almalıdırlar. Qanuna görə, onların məlumatlarının Media Reyestrinə daxil edilməsi də Audiovizual Şuraya həvalə olunub. Odur ki, məhz Şuranın müvafiq müraciətindən sonra Medianın İnkişafı Agentliyi həmin subyektləri Media Reyestrinə daxil edəcək və onlara Media Reyestri Şəhadətnaməsi verəcək".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək











.jpg)



















.jpg)
.jpg)