İKT
Azərbaycanda YENİ ZAVOD TİKİLƏCƏK
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan "AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşasına başlanılması ilə əlaqədar brifinq keçirilib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat nümayəndələri qarşısında çıxış edən "AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev layihə barədə ətraflı məlumat verib, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalının ölkəmizdə ilk dəfə təşkil edildiyini diqqətə çatdırıb.
R.Baxşıyev bildirib ki, Gəncə şəhərində inşası həyata keçirilən müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.
Vurğulanıb ki, illik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək.
Layihənin ümumi investisiya dəyərinin 14 milyon manat olduğunu qeyd edən R.Baxşıyev layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacağını, digər vəsaitlərin əməliyyat xərclərinə yönəldiləcəyini bildirib.
Qeyd olunub ki, layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat təşkil edir. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirlərinin daha da artırılacağı, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyətinin təmin ediləcəyi mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




