İKT
"OpenAI"nin GÖZÜ YAŞLI: GPT brendi qeydiyyata alınmadı
Amerika Birləşmiş Ştatları Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) "OpenAI"nin GPT ticarət nişanını qeydiyyata almaq üçün müraciətini bir daha rədd eedib.
Publika.az xəbər verir ki, bu barədə "Gizmodo" məlumat yayıb .
Təşkilatın sənədində qeyd olunur ki, GPT konkret məhsulu deyil, məhsullar ailəsini təmsil edən sadə abbreviatura və termindir. Buna görə, bir çox şirkət məhsul və xidmətlərinə istinad etmək üçün addan istifadə edə bilər.
Brendi qeydiyyatdan keçirmək üçün müraciət edən OpenAI, adi istehlakçıların GPT-nin nə demək olduğunu bildiyinə etiraz edib. "ChatGPT" yaradıcılarına görə, əksər istifadəçilər GPT terminini öz məhsulu ilə əlaqələndirirlər.
"Bu dil çox güclüdür və adi istehlakçının başa düşməyəcəyi süni intellekt dünyasına xas olan terminləri ehtiva edir", - şirktdən bildiriblər.
"İstehlakçıların abbreviaturanın nə demək olduğunu bilməməsi faktı GPT-nin termin olduğunu dəyişdirmir" - deyə USPTO cavab verib.
Departament mütəxəssisləri xatırladıblar ki, GPT "Generative Pre-trained Transformer" deməkdir. Gizmodo jurnalistləri qeyd ediblər ki, "OpenAI" şirkəti GPT ticarət nişanının qeydiyyatı üçün ərizəni 2022-ci ilin dekabrında təqdim edib, o idarə ilk dəfə imtina edib.
Bundan əvvəl Amerikanın OpenAI şirkətinin axtarış sistemi hazırlayacağı məlum olub . Göründüyü kimi, axtarış sistemi süni intellektlə işləyəcək.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı










.jpg)










.jpg)

.jpg)














.jpg)