"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
Bizi izləyin

İKT

"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır

"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır

"Microsoft" korporasiyası "Windows 11" əməliyyat sisteminə "Windows XP"dən məşhur funksiyanı əlavə edəcək.

Publika.az xəbər verirmki, bu barədə "9to5Windows" nəşri məlumat yayıb.

Jurnalistlər "Microsoft"un təcrübəli istifadəçilərə tanış olan pəncərələr arasında keçid üsulunu sınaqdan keçirməyə başladığını texnologiya həvəskarları diqqətə çatdırıblar. Onlar izah ediblər ki, hazırda "Windows 11"də işləyən proqramın ikonunun üzərinə kursor gətirildikdə həmin proqramın açıq pəncərələrinin kiçik təsvirləri göstərilir. Yeni rejimdə isə bu təsvirlər pəncərələrin adlarının yer aldığı yığcam siyahı ilə əvəz olunacaq. Bu funksiya naviqasiyanı asanlaşdırır.

Müəlliflər izah ediblər ki, bu funksiya ilk dəfə 2001-ci ildə buraxılmış "Windows XP"də tətbiq olunub. Sistem eyni proqrama aid bir neçə pəncərəni ümumi düymə altında birləşdirirdi və həmin düyməyə basıldıqda siyahı açılırdı. Mütəxəssislər həmçinin xatırladıblar ki, Windows 7-də kiçik təsvirlər ekrana sığmadıqda bu rejim avtomatik işə düşürdü. Hazırda funksiya əməliyyat sisteminin eksperimental versiyalarında sınaqdan keçirilir.

Digər yenilik isə smartfonu sürətli parametrlər paneli vasitəsilə idarə etməyə imkan verəcək. Belə ki, istifadəçi kompüter vasitəsilə zəng səsinin səviyyəsini dəyişə və itirdiyi telefonun səs siqnalı verməsini təmin edə biləcək. Bunun üçün əvvəlcədən smartfonu Windows sistemi ilə əlaqələndirmək lazımdır.

Daha əvvəl "Microsoft" şirkəti "Windows XP"dəki pinbol oyununu "Windows 11"ə köçürmək barədə düşündüyünü təsdiqləyib. Kult statusu qazanmış bu oyun ilk dəfə 1995-ci ildə "Microsoft"un əməliyyat sistemində peyda olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm