• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Vergi ilə bağlı 66 min 708 müraciət olub

Vergi ilə bağlı 66 min 708 müraciət olub

2015-ci ilin 9 ayı ərzində vergi orqanlarına 66 min 708 müraciət daxil olub. Onlardan 96,5 faizi ərizə, 3,4 faizi şikayət, 0,1 faizi isə təklifdir.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlərin 39,0 faizi kameral vergi yoxlamaları, 31,8 faizi müxtəlif arayışların alınması, 7,2 faizi vergi borcları, 2,3 faizi vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,7 faizi operativ vergi nəzarəti, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, 15,1 faizi isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə müraciətlərin 70,0 faizi müsbət həll edilib, 23,1 faizi üzrə müvafiq izahatlar verilib, 4,0 faizi əsassız sayılıb, 0,6 faizi qismən həll olunub, 0,5 faizi aidiyyəti üzrə göndərilib, 1,8 faizi isə icradadır.

Cari ilin 9 ayı ərzində vergi orqanlarında 2882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Hesabat dövründə vergilər naziri tərəfindən Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbulları keçirilib.

Qəbullar zamanı edilən müraciətlər əsasən vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirləri, güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və digər məsələlərlə bağlı olub. Hər bir müraciətə fərdi qaydada yanaşılaraq, qanuna müvafiq tədbirlər görülüb.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR