Ekopublika.az
Qlobal enerji sərmayələri azalıb
Qlobal enerji sərmayələri bir il əvvəlki dövrlə müqayisədə 8 faiz azalaraq 1,8 trilyon dollara düşüb.
Publika.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "2016 Dünya Enerji Sərmayəsi" hesabatına əsasən, ötən il elektrik sektoruna 262 milyard dollar yatırılıb. Bu da enerji sektoruna qoyulan sərmayələrin 14 faizi deməkdir. Elektrik sektoruna çəkilən xərclərin 55 faizi paylayıcı sahəyə, 35 faizi yenidənqurmaya, 10 faizi yenilənə bilən enerji istifadəsinin artırılmasına yönəldilib. Keçən il dünya üzrə elektrik istehsalı üçün 420 milyard dollar xərclənib. Cəmi enerji sərmayələrində elektrik istehsalının payı 23 faiz olub.
Keçən il dünyada enerji layihələrinə yatırılan ümumi resurslar 8 faiz enişlə 1,8 trilyon dollar olub. Neft və təbii qaz ehtiyatlarının çıxarılması üçün yatırılan sərmayə keçən il bir əvvəlki illə müqayisədə 25 faiz azalıb. Bu da qlobal enerji sərmayələrini aşağı çəkib.
Qlobal enerji sərmayələrinin 46 faizi - 832 milyard dolları neft və təbii qazın payına düşüb. Neft və təbii qaz çıxarılması üçün 583 milyard dollar sərmayə qoyulub. Bu iki qaynağın işlənməsi və infrastrukturu məqsədilə sərmayələr 249 milyard dollar təşkil edib. Dünyada kömür sərmayəsi 68 milyard dollar olub. Cəmi sərmayələrin 4 faizi deməkdir.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq












.jpg)



.jpg)






















