Ekopublika.az
"Buta Airways" biletin qiymətini 29 avroya endirdi
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib. Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.
"Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.
"Büdcə" tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva ("Jukovski" hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.
"Büdcə" tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:
- Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçk çanta və ya kamera çantası və portativ kompyuter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
- Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
- Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;
- Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində "Büdcə" tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, "Standart" və "Super" tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi

































.jpg)



