Ekopublika.az
ARDNF Türkiyə Mərkəzi Bankında niyə depozit yerləşdirib?
Dövlət Neft Fondunun (ARDNF) Türkiyə Mərkəzi Bankında qaytarılma müddəti 6 ay təşkil edən 1 milyard avro depozitin yerləşdirilməsində məqsəd qardaş ölkədə makroiqtisadi stabilliyə dəstək olmaqdır.
Publika.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, bu addıma fərqli müstəvidən yanaşanlar olsa da, Azərbaycanın qardaş Türkiyəyə qısamüddətli maliyyə dəstəyi göstərməsi strateji əməkdaşlığımızın ruhuna uyğundur: “Əvvəla, depozit yarım illik yerləşdirilib. Deməli, müddət başa çatandan sonra geri ödəniləcək. İkincisi, qardaş Türkiyənin maliyyə sektorunda volatilliyin yüksək olduğu dövrdə valyuta daxilolmalarına ciddi ehtiyac var idi”. src="/storage/files/upload/df5a80bf59a7ae8057d4bb9106a36c409e14f37a.jpg" style="width: 620px; height: 388.316px;" class="fr-fic fr-dib fr-fil">V.Bayramov əlavə edib ki, valyuta bazarındakı tələbin qarşılanması makroiqtisadi baxımdan vacibdir: “Üçüncüsü, strateji müttəfiq olan ölkələrin bir-birinə maliyyə dəstəyi olmaları praktikaları kifayət qədər çoxdur. Nəhayət, Türkiyə bizim üçün qardaş ölkədir. Yaxşı qardaş daha çox çətin günlərdə tanınır. Artıq hər iki ölkə ən vacib məqamlarda dəfələrlə bir-birinə qardaşlıqlarını nümayiş etdirib. Güclü Türkiyə regionda stabillik üçün əsas faktorlardandır. İnanırıq ki, Türkiyə iqtisadi baxımdan gücünü qoruyub daha da artıra biləcək”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)



















.jpg)

.jpg)
